Somalinin paytaxtı Moqadişo şəhərində terrorçular "Elite Hotel" otelinə hücum ediblər.
Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, terrorçuların hücumu nəticəsində 5 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.
Bildirilir ki, terrorçuların hücumu otelin yaxınlığında partlayıcı maddələrlə dolu avtomobilin partladılmasından başlayıb. Daha sonra terrorçular otelə daxil olublar və bir neçə nəfəri girov götürüblər. Hadisə yerinə gələn hərbçilərlə terrorçular arasında atışma baş verib.
Yerli hakimiyyətin məlumatına əsasən, otelə "Əl-Şəbab" terror qruplaşmasının üzvləri hücum ediblər.
xxx
20:43
Somalinin paytaxtı Moqadişoda populyar Lido çimərliyi yaxınlığında güclü partlayış baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayış otelin ətrafıarında törədilib.
Şahidlər partlayışdan sonra silahlıların otelə girdiklərini bildirir.