Məşhur repçi Eypio aparıcı Armağan Çağlayanın proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, o, atası ilə bağlı etiraflar edib. Balaca olanda onu çox döyən atasının olduğunu deyən musiqiçi hazırda onunla görüşmür.
Eypio deyib ki, atası ilə heç vaxt yaxşı münasibətdə olmayıb:
"Atam məni çox döyürdü, onu heç sevmirdim. Qəddarcasına vururdu... Heç məşhur olmazdan əvvəl də onunla görüşmürdüm. Anamla atam çoxdan ayrılıb. Sonuncu dəfə onun iki uşağı olduğunu eşitmişdim. Balaca olanda atam xaricə yollanırdı sevinirdim".