Misir hökuməti ölkənin limanlarında saxlanılan bütün təhlükəli maddələri məhv etmək qərarına gəlib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Maliyyə naziri Məhəmməd Maaita bəyanat yayıb.
“Beyrutda baş verənlər bizi öz vəziyyətimizə diqqət yetirməyə vadar etdi. Artıq limanlarımızdakı sahibsiz və təhlükəli materialların böyük hissəsini məhv etmişik”, - deyə məmur qeyd edib.
Onun sözlərinə əsasən, cari ilin qışına qədər Misirin bütün dəniz limanları tamamilə təmizlənəcək.
Xatırladaq ki, Livanın paytaxtı Beyrutda rəsmi versiyalara əsasən, təmir işləri zamanı 2700 ton təhlükəli maddə olan selitra partlayıb. Nəticədə liman və şəhərin bir hissəsi dağılıb.