Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya ölkənin “sakitləşməyi və normal ritmə qayıtmağı üçün” milli lider olmağa hazır olduğunu bildirib. 

Unikal.org xəbər verir ki, Tixanovskayanın videomüraciəti “NEXTA Live” “Telegram” kanalında yerləşdirilib.

O bildirib ki, liderliyi dövründə siyasi məhbuslar azadlığa buraxılacaq, eləcə də yeni prezident seçkiləri üçün qanunverici baza və şərait hazırlanacaq. 

“Mənim illüziyalarım yoxdur və olmayıb da, heç vaxt siyasətçi olmaq istəməmişəm. Lakin tale elə gətirdi ki, mən qarşıdurmanın ön cəbhəsində olmuşam”, - deyə Tixanovskaya bildirib.

Onun sözlərinə əsasən, etiraz edənlərin cəsarətinə heyrandır, lakin hakimiyyətin səmimi peşman olan tərəfdarlarını “qəbul etməyə” hazırdır.