Belarus hökuməti prezident Aleksandr Lukaşenkonun sərəncamına əsasən istefa verib.
Unikal.org xəbər verir ki, avqustun 15-də imzalanmış sərəncam bu gün hüquq internet portalında dərc olunub.
Mətnə əsasən, Baş nazir və onun müavinləri, nazirlər və dövlət komitələrinin sədrləri prezident Nazirlər Şurasının yeni heyətini formalaşdırana qədər öz səlahiyyətlərini icra etməlidirlər.