Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 17-də bildirib ki, ölkədə təkrar prezident seçkiləri keçirilməyəcək.

Unikal.org “BelTA”ya istinadən xəbər verir ki, belə bir bəyanatı o, “Minsk təkərli dartıcılar” zavodunda çıxışı zamanı edib.

“Heç zaman məndən təzyiq altında nəsə elədiyimi görməyəcəksiniz. Ədalətsiz seçkilərdən danışırsınız və ədalətlisini istəyirsiniz? Bu sualınıza cavab verirəm. Biz seçkiləri keçirmişik. Siz məni öldürməyənə qədər başqa seçkilər olmayacaq”, - deyə Lukaşenko bildirib.