“Minsk təkərli dartıcılar” zavodunun işçiləri ilə helikopterlə görüşə gələn Belarus Prezidenti Aleksandr Lukaşenko xoşagəlməz vəziyyətlə qarşılaşıb.
Unikal.org Belarus mediasına istinadən xəbər verir ki, Prezidentin səfərindən xəbər tutduqda işçilərin əksər hissəsi tətil elan edib.
Dövlət başçısı zavodda olarkən, etiraz aksiyalarında iştirak edən əməkdaşlar zavodun həyətinə buraxılmayıblar.
Lukaşenko helikopterə minib, ərazini tərk etdikdə isə aksiya iştirakçıları onu “Çıx get!” şüarı ilə yola salıblar.
“Kim işləmək istəyir, qoy işləsin. İşləmək istəməyəni isə məcbur etməyəcəyik”, - deyə Lukaşenko zavodu tərk etdikdən sonra bildirib.