Avropa Şurasının rəhbəri Şarl Mişel Belarusdakı vəziyyətlə bağlı AŞ-nın sammitini keçirəcək.
Unikal.org xəbər verir ki, bu barədə Mişel özünün “Twitter” hesabında yazıb.
“Mən Belarusdakı vəziyyəti müzakirə etmək üçün çərşənbə günü saat 12:00-də (Bakı vaxtı ilə 14:00) Avropa Şurasının üzvlərinin görüşünü keçirəcəyəm. Belarus xalqı öz gələcəyi ilə bağlı qərar vermək və öz liderini müstəqil surətdə seçmək hüququna malikdir. Aksiya iştirakçılarına güc tətbiq etmək yolverilməzdir”, - deyə AŞ başçısı qeyd edib.
Xatırladaq ki, avqustun 9-da keçirilən prezident seçkilərindən sonra ölkədə etiraz aksiyaları başlayıb. Nəticədə yüzlərlə insan xəsarət alıb, ölən var.