Türkiyənin Antalya şəhərinin bələdiyyə sədri Muhittin Böcek koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bununla bağlı Muhittin Böcek öz “Twitter” hesabında məlumat paylaşıb.
“Bu gün koronavirus testimin nəticəsi müsbət oldu. İndi özümü yaxşı hiss edirəm, əhvalım yüksəkdir. Mən xəstəxanada təcrid olunmuşam, həkimlər vəziyyətimi izləyirlər”, - deyə o bildirib.
Bələdiyyə sədri hər kəsə maska taxmağı, sosial məsafəni qorumağı və təhlükəsizlik qaydalarına riayət etməyi məsləhət görüb.