ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 42 048 yoluxma halı qeydə alınıb, 571 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da ABŞ-da indiyədək koronavirusa 5 404 115 yoluxma halı qeydə alınıb. Ölkədə indiyə qədər COVID-19-a yoluxan 170 mindən çox insan vəfat edib.

Xəstəlikdən sağalanların sayı 1,8 milyon nəfərdən çoxdur.