Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində baş verən qarışıqlıq məsələsində Rusiya prezidenti Vladimir Putinlə həmfikir olduğunu bildirib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı “Sputnik Belarus” yayıb.
“Bu gün onlar təxribata əl atıblar ki, biz hərbçilərimizi daxili fəaliyyətə çəkək. Əşi, Putinlə həmfikirik: bütün bu qarışıqlıq boşuna deyil”.
Ölkə başçısı həmçinin hakimiyyətin çökmədiyini də vurğulayıb:
“Onlar insanları sosial şəbəkə ilə zəhərləyiblər. Bəziləri düşünüb ki, bitib, artıq hakimiyyət yoxdur, hakimiyyət çöküb. Hakimiyyət heç vaxt çökməyib. Siz məni bilirsiniz. Onlarla isə məşğul olacağıq. Sadəcə səbir etmək lazımdır”.