İrana qarşı “trigger mexanizmi” (spendback or trigger mechanism) icra olunduğu halda, İranın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması ilə əlaqədar plan hazırlanıb.

Unikal.org xəbər verir ki, bunu İran Parlamentinin konstitusiyanın 90-cı maddəsinin icrası ilə əlaqədar komitəsinin (Article 90 of Iran’s Constitution puts the Parliament) sözçüsü Əli Xezrian Twitter səhifəsində yazıb.

Ə.Xezrianın sözlərinə görə, bu plan artıq İran parlamentinə təklif olunub.

Xezrian əlavə edib ki, İrana qarşı təzyiqlərin artırılması trigger mexanizminin aktivləşdirilməsi ilə əlaqədardır.

Xezrian bildirib ki, bu mexanizm aktivləşdiyi halda BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələri yenidən qüvvəyə minə bilər.

“Bu halda isə, İranın nüvə sazişində qalmasının heç bir mənfəəti yoxdur” –deyə o qeyd edib.