Ukrayna Belarusdakı səfiri İqor Kizimanı geri çağırıb.
Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın açıqlamasında deyilir.
Nazir bildirib ki, Ukrayna-Belarus münasibətlərinin perspektivlərini qiymətləndirmək, məsləhətləşmələr aparmaq məqsədilə səfir Kiyevə çağırılıb.
"Tarixdə ilk dəfədir ki, Belarus ilə münasibətlərdə belə bir addım atırıq və bunu yalnız Minskin qəbuledilməz hərəkətləri səbəbindən edirik", - deyə nazir vurğulayıb.