Avqustun 17-dən etibarən Kiyevdə karantin tədbirləri sərtləşdirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçkoya məlumat yayıb.
Yeni qaydalar ictimai binalarda və nəqliyyatda maskasız olmağı qadağan edir. Şəxsiyyəti müəyyən etmək üçün sənəd olmadan küçələrə çıxmaq mümkün olmayacaq.
İzolyasiya şəraitində olan insanlar üçün özbaşına təcrid və ya müşahidə yerlərini tərk etmək qadağan edilir.
Bundan əlavə, beş kvadrat metr sahədə birdən çox insanın iştirakı ilə kütləvi tədbirlər keçirmək də mümkün olmayacaq.