Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Cüzeppe Konte ilə telefon danışığı aparıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər telefon söhbətində Liviya və Şərqi Aralıq dənizindəki son durumu dəyərləndirib və ikitərəfli əlaqələrin gücləndirilməsinə yönəldilmiş məsələləri müzakirə edib.
Ərdoğanla Konte Şərqi Aralıq dənizində sülh və sabitlik üçün bütün ölkələrin hüquqlarını təmin edəcək həll variantı barədə danışıb.
Bundan əlavə, liderlər iki ölkə arasındakı əməkdaşlığın və dialoqun davam etdirilməsi istiqamətində razılaşıb.