Belarus milisi həmin üç nəfəri profilaktik söhbətdən sonra sərbəst buraxıb.

Unikal.org xəbər verir ki,  bu barədə “TASS”a Minsk şəhər İcra Komitəsinin Daxili İşlər İdarəsinin Mətbuat Xidmətinən məlumat verilib.

“Onlar saxlanılmayıb, hüquq mühafizə orqanlarına gətirilib, onlarla profilaktik söhbət aparılıb və onlar buraxılıb”, - Mətbuat Xidmətindən bildiriblər.

Daha əvvəl Belarusun “STV” dövlət telekanalı da MZKT-də Lukaşenkoya qarşı təxribat hazırlayan üç nəfərin saxlanılması barədə xəbər vermişdi.

xxx

22:42

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minsk Traktor Zavoduna səfəri zamanı ona qarşı təxribat hazırlayan 3 nəfər saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Belarusun STV telekanalı məlumat yayıb.

“Koordinatorlar fabrik işçilərinə necə davranmağı və nə barədə qışqırmağı öyrədirdilər. 3 nəfər saxlanıldı. Prezident zavodda hazırlanan təxribatlar barədə bilirdi, buna baxmayaraq, getməyə qərar verdi”, - televiziyanın hazırladığı süjetdə qeyd olunub.

Qeyd edək ki, A.Lukaşenko Minsk Traktor Zavodunun onu dəstəkləyən işçiləri ilə ötən gün görüşmüşdü.