"Rusiyanın "Sputnik V” vaksininin ölkəyə gətirildiyi zaman onu istifadə edəcək ilk şəxs mən olacam. Zaman gələcək, hər kəs peyvənd ediləcək. Mən isə hər kəsə nümunə olacam”.
Unikal.org xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
Səhiyyə işçilərinin, yaşlıların və xroniki sağlamlıq problemi olanların peyvənd ediləcəyini deyən Venesuela lideri, ölkəsinin dərman vasitələrini almasına ABŞ rəhbərliyinin qarşı çıxdığını diqqətə çatdırıb. Rusiyanın qeydiyyata aldığı və bir ay ərzində kütləvi istifadəsini planlaşdırdığı COVID-19 peyvəndinə dünya liderlərinin marağı artır.
Filippin Prezidenti Rodriqo Duterte Rusiyanın koronavirus peyvəndinin qeydə alınmadığı təqdirdə belə sınaqlarda könüllü olaraq iştirak etmək istədiyini açıqlamışdı.