Hindistanda mussonların yaratdığı daşqınlar bu il azı 868 nəfərin ölümünə səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin fəlakətlərə qarşı mübarizə bölməsinin 12 avqust tarixində daşqın vəziyyətinə dair hesabatında 11 ştatda 868 adamın öldüyü bildirilib.
Yüz minlərlə insan isə sığınacaqlara köçürülüb. Məlumatda bu sayın keçən ilin eyni dövründə 908 nəfər olduğu qeyd edilib.
Qeyd edək ki, Cənubi Asiya regionunda hər il iyun-sentyabr aylarında musson yağışları böyük təbii fəlakətlərə səbəb olur.