ABŞ Prezidenti Donald Tramp “çox vacib insanı” əfv etməyə hazırlaşdığını bildirib.
Bu barədə Unikal.org TASS-a istinadla xəbər verir.
Tramp-ın sözlərinə görə, o, əfv haqqında sərəncamı avqustun 18-də imzalayacaq.
ABŞ lideri kimi nəzərdə tutduğuna aydınlıq gətirməyib, lakin bildirib ki, söhbət nə onun sabiq köməkçisi Maykl Flinn, nə də Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudendən getmir.