Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 yoluxma halı qeydə alınıb. 

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 351 nəfərə çatıb.

Qeyd edək ki, virusa yoluxan 17 nəfər vəfat edib.