İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 168 nəfər vəfat edib.
Unikal.org-un xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19972 nəfərə çatıb.
Ölkədə son sutkada koronavirusa 2385 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 347835 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 2914049 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3882 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.