Sentyabrın 1-dən İran və Türkiyə arasında aviareyslər bərpa edilir.
Unikal.org xəbər verir ki, bunu İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib. Onun sözlərinə görə, Türkiyədən həftədə 21 uçuş Tehrana, 4 uçuş Təbriz və Şiraza təşkil olunacaq.
Sentyabrın 5-dən isə Türkiyədən Məşhəd və İsfahan şəhərlərinə də uçuşlar təşkil olunacaq. İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşlar həyata keçiriləcək.