Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Divizionun 2020/21 mövsümündə keçiriləcək oyunlarından əvvəl aparılacaq koronavirus testlərinin qaydası açıqlanıb.

Unikal.org-un məlumatına görə, bu, Peşəkar Futbol Liqası (PFL) tərəfindən yeni mövsümün Əsasnaməsinə edilən əlavələrdə öz əksini tapıb.

Qərara əsasən, komandaların üzvləri, həmçinin hakimlər görüşün başlanmasına 60 saat qalmış PHŞ-da “COVID-19” (PZR) üsulu ilə testlərdən keçirilməlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 21-də start veriləcək.