Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Unikal.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı V. Putin Belarusun daxili işlərinə qarışmağın və Minskə təzyiq göstərməyin yolverilməz olduğunu fransalı həmkarının diqqətinə çatdırıb.
Rusiya və Fransa liderləri yaranmış problemin tezliklə tənzimlənməsində maraqlı olduqlarını vurğulayıblar.
Qeyd olunub ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü əsasında baş tutub.