Belarusun Jodino şəhərində “Sfera” telekanalının fəaliyyəti dayandırılıb. Kanalın əslən azərbaycanlı olan direktoru Elşad Əkbərov isə işində uzaqlaşdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ex-press.by məlumat yayıb.

Bildirilir ki, buna səbəb kimi “piketlərin zorla dağıdılması barədə videoların və xarici reportajların, həmçinin Belarusdakı vəziyyətlə bağlı əcnəbi politoloqların rəylərinin efirə getməsi” göstərilib.

Elşad Əkbərovun sözlərinə görə, avqustun 16-da  kanalın jurnalistləri Jodinoda seçkilərin nəticələrinə dair Dmitri Zablotskinin videomüraciətini yazmaq üçün icra komitəsinə dəvət edilib. Orada rəqəmlər elan edilib - Tixanovskaya üçün 22%, Lukaşenko üçün - 66%. Videomüraciət yazıldıqdan sonra müxbirlərdən avadanlıqları icra komitəsində qoyaraq getmələri istənilib.

“Uzun illər biz kanalımızda “senzuralı kadrlar” göstərmişik, onların böyük hissəsi ölkəmizdəki “gözəl həyata” həsr olunub. Proqramlarımızın mütəmadi olaraq ideoloji senzuraya məruz qalıb”,- deyə Elşad Əkbərov bildirib.

Kanalın rəhbəri seçkiqabağı kampaniya dövründə dürüst reportajlar hazırlaya bilmədiklərini deyib:

“Seçkidən sonra şəhərimizdə baş verən özbaşınalıqlar barədə şəhər rəhbərliyi susurdu. İnsanlar tutulur, döyülür, sürüyərək aparılırdılar. Hər kəs özünü elə göstərirdi ki, sanki heç nə olmayıb. Xalq isə reaksiya gözləyirdi. Biz susan telekanal idik. Şəhərimizdə keçən saxta seçkilərdən sonra biz bir süjet belə yayımlamadıq…”

Onun sözlərinə görə, tətil öncəsi xəbərdarlıq mitinqi günü BELAZ-ın girişində, icra komitəsinin sədrinin şəhər sakinlərinin suallarını cavablandıra bilməməsi onların səbrinin son damlası olub.

Bundan sonra “Sfera” telekanalı Jodino Daxili İşlər Nazirliyinin şəhər idarəsinə və Belarusun hüquq-mühafizə orqanlarına həqiqi polis işçilərindən video mesaj yayımlayıb. Telekanal həmçinin tanınmış bloqerlər Varlamov və Katzın proqramlarının yayımına başlayıb.

“İşdən uzaqlaşdırılmağım barədə protokolu hələ imzalamamışam. Mən təslim omaq fikrində deyiləm. Kanalın sosial şəbəkələrində hələ də dürüst xəbərlər yayırıq", - deyə Elşad Əkbərov bildirib.