Livan hakimiyyəti Beyrut limanında güclü partlayışa görə tətbiq olunan fövqəladə vəziyyət rejimini daha bir ay uzadıb.
Unikal.org xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Partlayış avqustun 4-də baş verib və hadisədən dərhal sonra iki həftə ərzində fövqəladə vəziyyət elan edilib.
Qeyd olunur ki, Livan hakimiyyəti partlayışların səbəbləri və şəraiti ilə bağlı beynəlxalq araşdırma aparmaqdan imtina edib.
Əl Arabiya telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, Beyrut limanında götürülmüş torpaq nümunələrinin araşdırması obyektin raket atəşinə məruz qalmadığını göstərib.
Son məlumatlara görə, partlayış 177 nəfərin ölümünə, 6 minə yaxın insanın yaralanmasına səbəb olub.