Rusiyada kişi yolda tikinti-bərpa işləri zamanı maşınını cızan iki fəhləni güllələyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Rusiya paytaxtında baş verib.

Bildirilir ki, 45 yaşlı Adlan Qayerbekovun binanın həyətində park etdiyi “Toyota Land Cruiser” markalı avtomobili traktorun ehtiyatsız sürülməsi səbəbindən cızılıb. O, fəhlələrlə dalaşıb, sonra isə cibindən tapançanı çıxararaq, onlara atəş açıb.

Fəhlələrdən biri hadisə yerində ölüb, digəri isə omba nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan Qayerbekov hazırda axtarışdadır.