Rusiyalı general-mayor Suriyada partlayış nəticəsində həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Daha 2 rusiyalı hərbçi olayda yaralanıb.

Belə ki, insident hərbi kolonun Deyr əz-Zorda keçirilən humanitar aksiyadan qayıtması zamanı baş verib. Kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.