Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.
İrlandiyanın xarici işlər naziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri legitim deyil:
"Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.
Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticələrini saxta olduğunu və azad və ədalətli səsvermə keçirməyə çağırıb. O, ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib. Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən "sərt tədbirləri” pisləyib.