Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksilərlə bağlı vahid qiymət siyasətinə aid məlum çıxışı ölkədə geniş narazılıqlara səbəb olub.
Unikal.org xəbər verir ki, sözügedən məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin rəsmisinin həmin çıxışı düzgün deyil:
"Hər bir vətəndaşımızın taksidən isitifadə etmək imkanı olmalıdır. Taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır. Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalı, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac vardır".
Gülayə Mecid