Kolumbiya Prezidenti İvan Dukeyə qarşı sui-qəsd planı hazırlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumatda sui-qəsd planının əcnəbilər tərəfindən hazırlandığı qeyd olunub. Hazırda dövlət orqanları Prezidentin müdafiəsini daha da gücləndirib. Planın neytrallaşdırılması istiqamətində işlər görülür.