“İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mübarizəsinə həll yolu təqdim etməyənlərin atəşkəs çağırışları, səmimi olmadığı kimi inandırıcı da deyil”.
Unikal.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Öz torpaqlarını işğaldan azad etmək mübarizəsində sona qədər can qardaşlarımızın yanlarında olmağa davam edəcəyik”, - deyə nazir vurğulayıb.