Balakən rayonu Meşəşambul kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə ümumi sahəsi 120 kv/m olan kürsülü 1 mərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyü 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.