Göyçay rayonunda maşın yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “VAZ” markalı minik avtomobilinin də arxa hissəsi qarsalanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.