Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Motosikletlə avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Sənəliyev Elmar Təhməz oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.