Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-yə qayıda bilər .
Unikal.org xəbər verir ki, idmançının "instagram"dakı paylaşımı onun qayıdacağı ilə bağlı iddiaları daha da gücləndirib.
Həbib sosial şəbəkədə rusiyalı kəmər sahibi UFC rəhbəri Deyn Uaytla birlikdə çəkdirdiyi şəklini paylaşıb və "Tezliklə görüşəcəyik", sözlərini yazıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov oktyabrın 25-də amerikalı Castin Qetji ilə qarşılaşib və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda gerçəkləşən UFC 254 turnirində müsəlman boksçu qalib gəlib.
Karyerası ərzində keçirdiyi 29 döyüşün hər birini qələbə ilə bitirən Nurməhəmmədov məhz həmin döyüşdən sonra karyerasının tamamlandığını elan edib.