İsveçdə 2020-ci ilin ən yaxşı futbolçusu “Milan”ın hücumçusu Zlatan İbrahimoviç olub.

Unikal.org xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 39 yaşlı futbolçu bu mükafatı sayca 12-ci dəfə qazanıb. Stokholmda keçirilən tədbirə koronavirus pandemiyası ilə əlaqədar onlayn formada qatılan İbrahimoviç, yenə zarafatından qalmayıb. O, hətta 50 yaşında da bu mükafatı qazanacağını söyləyib.

İngiltərənin “Everton” klubunun formasını geyinən Robin Olsen isə ilin qapıçısı elan olunub.