Millətlər Liqasının VI turunun baş tutmayan İsveçrə - Ukrayna oyununun taleyinə aydınlıq gəlib.
Unikal.org xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa yoluxan futbolçuların olması üzündən matçın keçirilməməsi UEFA-nın Nəzarət, Etika və İntizam orqanında müzakirə olunub.
Qərara alınıb ki, noyabrın 17-də keçirilməli planlaşdırılan matçın baş tutmamasının məsuliyyəti Ukraynanın üzərinə düşür. Bu səbəbdən də Ukrayna millisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu nəticə A liqasının 4-cü qrupunun yekun cədvəlinə təsir edib. Sonuncu pilləyə yuvarlanan Ukrayna B liqasına düşüb.