"AZƏRMAŞ" ASC iki aylıq kredit gecikməsinə görə cəbhədə döyüşən əsgərin avtomobilini əlindən alıb.
Bu barədə Unikal.org-a müraciət edən hərbiçi Məmmədov Anar Qurban oğlu məlumat verib. 1989-ci il təvəllüdlü döyüşçü bildirib ki, kredit götürdüyü “Xəzər” markalı avtomobili yaşadığı evin həyətindən dən aparılıb:
“Mən özüm könüllü olaraq düşmənlə döyüşə qoşulmuşam. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanmışam. Belimdə və bədənimin digər hissələrində zədələr var. Buna baxmayaraq bu gün də xidməti davam etdirirəm. Döyüşlərdə iştirak etdiyim üçün kredit götürdüyüm avtomobilin ödənişini iki ay gecikdirmişəm. "AZƏRMAŞ" ASC-dan maşını 4500 manat ilkin ödəniş edərək almışam. Aylıq ödənişi 385 manat idi. Mən "AZƏRMAŞ" ASC-lə, oranın Ramin adlı əməkdaşı ilə əlaqə saxladım. Bildirdim ki, döyüşdən qayıdan kimi ödənişi edəcəm. Buna baxmayaraq avtomobili yaşadığım evdən aparıblar. Mən Ali Baş komandandan və dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər. Anam və qardaşım ağır xəstədirlər. Ailənin dolanışığı mənim üzərimdədir. Mən həmin maşınla taksi fəaliyyəti ilə məşğul olaraq ailəmi dolandırırdım.”