Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək.
 
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq.
 
“Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirəcək. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qorumaq üçün qalib gəlməlidir. Hətta heç-heçə də təmsilçimizin qrupdan çıxmaq şansını minimuma endirəcək.
 
Qeyd edək ki, qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edəcək.
 
Avropa Liqası
İ qrupu
26 noyabr
 
21:55. “Qarabağ” - “Sivasspor”
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
 
Vilyarreal – 9, Makkabi – 6, Sivasspor – 3, Qarabağ – 0.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.