“Skilling open” turnirində mübarizəni dayandıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov açıqlama verib.
Unikal.org xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən qrossmeyster, bunları yazıb:
“Əlimdən gələni etdim. İndiyədək mübarizə apardığım ən həyəcanlı turnirlərdən biri idi. Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şansızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır”.
Rəcəbov 1/4 final mərhələsinin tay-breykində ABŞ təmsilçisi Uesli Soya uduzub. 33 yaşlı qrossmeyster daha əvvəl isə erməni şahmatçı Levon Aronyanı məğlub edib.