Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan “Sumqayıt” – “Qəbələ” oyunu təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Buna səbəb bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyidir. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.