Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi bəlli olub.
Unikal.org "Clarin" nəşrinə istinadən xəbər verir ki, tibbi ekspertizanın rəyinə əsasən, keçmiş yarımmüdafiəçinin xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bəlli olub.
Bundan əlavə, Maradonaya ürəyi normadan iki dəfə böyük olduğu üçün genişlənmiş kardiomiopatiya diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.