İtaliyanın “Kalyari” klubu yarımmüdafiəçisi Valter Birsa ilə yollarını ayırıb.

Unikal.org klubun saytına istinadən xəbər verir ki,  tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Birsa 2019-cu ilin yanvarından “Kalyari”nin uğurları üçün çalışırdı. 34 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi. O, bu mövsüm heç bir rəsmi oyuna çıxmamışdı.