Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları davam edir.
Unikal.org xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Belə ki, “Keşlə” klubu öz meydanında “Sabah”ı qəbul edəcək, “Qarabağ” komandası isə "Səbail"in qonağı olacaq.
14:00. “Keşlə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”
16:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”
Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.