Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.

Bu barədə Unikal.org AS-a istinadən xəbər verir.

Məlumata görə, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.

İddia olunur ki, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.