“Müharibəni Paşinyan və Paşinyanın arvadı uduzmayıb. Müharibəni bir dövlət olaraq Ermənistan – onun ideologiyası, ordusu, iqtisadiyyatı, siyasi sistemi uduzub. Müharibəni Erməni diasporu uduzub”.

Unikal.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında deyib.

“ABŞ-dakı erməni diasporu Paşinyanın arvadına qarşı qarayaxma kampaniyası həyata keçirib. Onların müharibə dövründə İrəvanın maraqları üçün lobbiçiliyi təmin etmək cəhdi uğursuz olub və indi uğursuzluqlarını Anna Akopyanın üzərinə yıxmağa çalışırlar. Onlarda hər bir problemdə həmişə kimsə günahkardır”, - Korotçenko bildirib.