Dünyaca məşhur amerikalı müğənni Niki Minajın atasını maşın vurub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cümə günün yaşanan hadisədə 64 yaşlı Robert Maraj xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Roberti vuran maşın hadisə yerindən qaçıb. Polis hadisə ilə bağlı araşdırma aparır.