İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos gələcək karyerası ilə bağlı qərarını verib.
Unikal.org xəbər verir ki, ispaniyalı müdafiəçi Madrid təmsilçisindən ayrılacaq.
35 yaşlı oyunçu "kral klubu" ilə cari mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmaqdan imtina edib. O, maaşının azaldılmasına razı olmayıb.
Qeyd edək ki, Serxio Ramosla Fransanın PSJ klubu maraqlanır.