Azərbaycanın U-21 millisinin sabiq futbolçusu, 2011-2019-cu illərdə "Keşlə"də çıxış edən Fuad Bayramovun yeni klubu müəyyənləşib.
Unikal.org xəbər verir ki, bu barədə açıqlamasında 26 yaşlı yarımmüdafiəçi özü danışıb. O, karyerasını Polşada davam etdirəcəyini, 3-cü liqa təmsilçilərindən "Ostroveç-Şventokşisi" ilə razılaşdığını bildirib. Oyunçu klubla 1 illik müqavilə imzaladığını qeyd edib.
Qeyd edək ki, ötən aydan bu komandanın düşərgəsində olan Fuad bir neçə yoxlama oyununa da çıxıb.(qol.az)